Kurmanc dili
Kurmanc dili və ya kurmanci dili (kürd. Kurmancî) — Kürd dilinin ən çox danışılan dialekti. Ümumiyyətlə qərb və ya şimal-qərbi İran dillərindən hesab olunur, bu dildə danışanlar kurmanclar adlanır. Azərbaycan kürdləri bu dialektdə danışırlar.
Kurmanc dili Türkiyənin cənub-şərqində, Suriyanın şimalında, şimal-şərqdə, İranın şimal-qərbində və tarixi araşdırmalara görə Xorasan və Zaqafqaziyada yayılmışdır.
1958-ci ildən Suriyada Kurmancinin istifadəsi qadağan edildi. 1924-cü ildən 2013-cü ilə qədər Türkiyədə isə qadağan edildi. Həmin dildə danışan, oxuyan, yazan adamlarla bağlı ciddi tədbirlər görülürdü.
== Danışanların sayı ==
Kurmanc dilində danışanların sayının 2021-ci ilə kimi 19,6 milyon olduğu təxmin edilir, lakin onların sayı getdikcə azalmaqdadır. Bu kürd dilinin ən çox yayılmış formasıdır və eyni zamanda Kürdüstandakı bəzi kürd olmayan azlıqların, o cümlədən assurilərin, çeçenlərin, çərkəzlərin və bolqarların ana dilidir.